AZ

Bosniya və Herseqovinada sel və daşqın nəticəsində həlak olanlara görə matəm elan edilib

Bosniya

Sarayevo, 8 oktyabr, AZƏRTAC

Bosniya və Herseqovinada sel, daşqın və torpaq sürüşməsi nəticəsində həlak olanlara görə oktyabrın 8-i milli matəm günü elan edilib.

AZƏRTAC xəbər verir ki, ölkədə iki inzibati vahiddə - Serb Respublikası ilə Bosniya və Herseqovina Federasiyasında, eləcə də xüsusi statusa malik Brçko bölgəsində dövlət bayrağı yarıya qədər endirilib, ictimai yerlərdə mədəni-əyləncə proqramları qadağan olunub.

Sel və torpaq sürüşməsi 21 nəfərin həyatına son qoyub. Beşi Yablanitsa, dördü Konyiçdə olmaqla itkin düşən 9 nəfərin axtarışı davam edir.

Serbiyadan, Monteneqrodan, Sloveniyadan, Türkiyədən və Xorvatiyadan olan mülki müdafiə qüvvələrinin də iştirak etdiyi axtarış-xilasetmə əməliyyatlarında xüsusi təlim keçmiş itlərdən və texniki axtarış vasitələrindən istifadə olunur.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

Seçilən
22
azertag.az

1Mənbələr