AZ

"Azərbaycana qarşı məkrli planlar var" - Politoloq

“Bu gün Ermənistan Qərbdəki tərəfdaşları ilə Azərbaycanda keçiriləcək COP29-a kölgə salmaq üçün qəti və sistemli addımlar atır. Bu ölkənin rəhbərliyinə yaxın olan Qərbdəki müxtəlif siyasətçilər, deputatlar, hökumət təmsilçiləri əsassız olaraq, Azərbaycana qarşı son bir ayda qarayaxma kampaniyası aparırlar. AŞPA-nın son sessiyasında bəzi ölkələrin nümayəndələrinin çıxışı, bir çox ölkələrin parlamentləri tərəfindən müxtəlif hökumətlərə sorğuların göndərilməsi də onu göstərir ki, ölkəmizə qarşı məkrli planlar var”.

Bunu Bakupost.az -a politoloq Zaur Məmmədov bildirib.

O qeyd edib ki, COP29-dan sonra da Ermənistan Qarabağdan guya ermənilərin zorla çıxarılması ilə bağlı qeyri-adekvat mövqeyini nümayiş etdirmək niyyətindədir:

“Hazırda Ermənistan özünü sülh istəyən ölkə kimi göstərir. Sülhə yönəlik müxtəlif çıxışlar, bəyanatlar səsləndirilir. Əslində isə niyyət başqadır. Arxa fonda onlar Qərb tərəfdaşları ilə Azərbaycana qarşı çirkin mövqelərini, niyyətlərini sərgiləmiş olurlar”.

Sevinc,
BakuPost
Seçilən
12
bakupost.az

1Mənbələr