AZ

Cismi "Qarabağ"da, ruhu təklif aldığı ölkələrdə olan Benzia - ötən mövsüm parladı, bu mövsüm eniş yaşayır

Azərbaycana ayaq basan legionerlər arasında ən səviyəllilərdəndir sözsüz! Amma "Qarabağ"a tükənmiş vəziyyətdə gəlmişdi. İlk vaxtlarında adama elə gəlirdi ki, yüksəliş yaşaması çətindir. 

Yassin Benzia Qurban Qurbanovun yanında özünü tapa bildi. Yenidən yaxşı səviyyədə futbol sərgiləməyə başladı. Həm "Bayer"lə matçlarda, həm də ümumən ötən avrokubok mövsümündə oyunuyla adından söz etdirdi. Göstərdiyi performansla yenidən Əlcəzair millisinə dəvət aldı. Ölkəsinin yığmasında da qollar vurmağa başladı. 

Lakin Benzia yaydan bu yana özünə bənzəmir. Oyununda eniş yaşanmağa başlayıb. Məlumdur ki, yay transfer pəncərəsində Benziaya xarici klublardan sərfəli təkliflər olub. Buna rəğmən "Qarabağ" onu heyətində saxlaya bilib. 

Amma belə görünür ki, Benzianın cismi "Qarabağ"da qalsa da, ruhu uzaqlarda, təklif aldığı yerlərdədir. Bəlkə toparlanar, hələ ki ötən mövsüm gördüyümüz Benzia deyil! 

Həmid

saytlarin hazirlanmasi

Seçilən
32
sportal.az

1Mənbələr