Hurriyyet.az xəbər verir ki, İran İsraildəki bütün hədəflərini müəyyənləşdirdiyini və Silahlı Qüvvələri tam hazır vəziyyətə gətirdiyini bəyan edib.
İranın xarici işlər naziri Abbas Araqçi ölkənin Silahlı Qüvvələrinin İsrailin İranın bu yaxınlarda endirdiyi raket zərbəsinə cavab addımına tam hazır olduğunu bildirib.
İran XİN-in mətbuat xidmətinin verdiyi xəbərə görə, Araqçi deyib: "Hadisələrin inkişafının istənilən variantına və istənilən ssenariyə hazırıq. Bizim Silahlı Qüvvələrimiz tam hərbi hazırlıq vəziyyətindədir və bütün zəruri hədəfləri müəyyənləşdiriblər. Bununla yanaşı, ölkəmizin siyasəti müharibənin dayandırılmasına yönəldilib".
Hürr Tərcüman