AZ

Burada təəccüblü nəsə yoxdur – Bütün dəyişikliklər rotasiya qaydalarına uyğun aparılır

Azərbaycan Ordusunda mühüm kadr dəyişiklikləri baş verib. General-mayor Quliyev Vilayət Bərxuda oğlu 2-ci ordu korpusuna komandir təyin olunub. Həmin korpusun komandiri general-leytenant Mayis Bərxudarov idi. Mayis Bərxudarov sərəncama götürülüb. Bundan başqa, bir neçə dəyişikliyin də olduğu iddia olunur.

Maraqlıdır, iddia edilən dəyişikliklər zəruri idi, yoxsa sadə prosedur qaydasıdır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi məsələlər üzrə ekspert Elxan Şıxəliyev burada təəccüblü bir şeyin olmadığını qeyd edib:

“Qeyd olunduğu kimi, mediada Azərbaycan Silahlı Qüvvələrində birlik komandirlərinin vəzifədən azad olunaraq əvəzlərinə başqalarının təyin olunması xəbərləri dolaşır. Burada təəccüblü nəsə yoxdur. Proseslər rotasiya qaydalarına uyğun aparılır. Yəni birlik komandirlərinin xidmətləri konkret bir dövrü əhatə edir. 4 illik müddətdə həmin şəxslərə alternativlər yoxdursa, müqavilə uzadıla bilər. Əks halda onlar ya sərəncama götürülürlər, ya da tərxis olunurlar. Sərəncama götürülən müddətdə müəyyən məsləhətləşmələr aparılır və həmin şəxslər başqa vəzifəyə də təyin oluna bilərlər. Qeyd etdiyim kimi, bu prosedur qaydasıdır. Bütün əvəzetmələr və s. məsələlər ümumiləşdirilib prezidentə təqdim olunur. Ona görə də bir neçə dəyişiklik insanlarda suallar yaradıb”.

Ekspert bildirib ki, bu proses daha əvvəl fərdi qaydada həyata keçirilib:

“Azərbaycan Ordusu Türkiyə modelinə keçir. Onlar kimi bəzi işləri həyata keçirməliyik. Bundan sonra da belə olacaq. Düzdür, əvvəllər sərəncama götürülmə və bu kimi digər məsələlər fərdi qaydada həll olunurdu. Ancaq xidmət müddətində hər hansı pozuntu baş verərsə, onları əvəz etmək olar. Dediyim kimi, bunlar rotasiya qaydalardır”.

Məlik Məlikov,
KONKRET.az

Seçilən
16
konkret.az

1Mənbələr