AZ

Türkiyə Almaniyadan 336 milyon avroluq silah-sursat alacaq

Almaniya Türkiyəyə 336 milyon avro dəyərində silah paketinin alınmasına icazə verib.

"Unikal" xəbər verir ki, bu barədə Almaniyanın "Spiegel" nəşri məlumat yayıb. 

Buna uyğun olaraq Almaniya hökuməti uzun illərdən sonra ilk dəfə Türkiyəyə silah ixracına icazə verərək belə bir addım atıb.

Qeyd olunur ki, belə bir qərar Almaniya Federal Təhlükəsizlik Şurasının gizli iclası zamanı qəbul edilib.

Türkiyənin “Savunamsanayist.com” xəbər kanalının məlumatına görə, silah paketinə Türkiyə Hərbi Dəniz Qüvvələri üçün 100 Ram zenit raketi və 28 DM2A4 SeaHake torpedası, həmçinin korvetlərin və türk sualtı qayıqlarının və freqatlarının modernləşdirilməsi üçün lazım olan avadanlıqlar daxildir.

Ağarza Elçinoğlu 

phrase_var_article.chosen
128
18
unikal.az

10phrase_var_article.sources