AZ

7 dəqiqəlik yol necə 1 saatlığa çevrildi? - 6 kəndin yükünü daşıyan zolaqlar...

Əvvəl tıxaclara sadəcə pik saatlarda rast gəlmək mümkün olurdusa, hazırda günün istənilən vaxtında Bakıda nəqliyyat sıxlığı müşahidə olunur. Müxtəlif səbəblərdən yaranan tıxac həm sürücülər, həm sərnişinlər üçün bezdirici hal alıb. Bakının daimi tıxac olan yollarından biri Azadlıq prospekti və ona bitişik olan Binəqədi şosesidir.

Hər gün səhər 7:00-dan gündüz saat təqribi 10-30-a dək Binəqədi qəsəbəsi Yarımstansiya işıq muzeyinin qarşısından uzanan tıxac "Qoşa "zapravka" adlanan yerə qədər çatır. Hər axşam saat 18:00-dan axşam 21:00-a qədər isə bunun eynisi əks istiqamətdə yaşanır. "Çənlibel" şadlıq sarayının qarşısından başlayan tıxac Poladtökmə zavoduna qədər uzanır.

Ümumilikdə təqribi 7 km olan yolu istər avtobusla, istər taksi, istərsə də şəxsi avtomobillə ən tezi 40 dəqiqəyə qət etmək olur. Halbuki, yol boş olan zaman bu istiqamət üzrə Azadlıq metrosuna qədər olan yola cəmi 10 dəqiqə bəs edir.

Binəqədi şosesində niyə tıxac yaranır?

Bu yolun hərgün tıxac olmasının bir neçə səbəbi var. Əvvəla nəqliyyat vasitələrinin və yolun yükünün çoxluğu bu yolda tıxac yaranmasının əsas səbəbidir. Belə ki, Binəqədi, Novxanı, Mehdiabad, Digah, Fatmayi, Goradil və Pirşağını, hətta, Sumqayıtı belə Azadlıq metrosu ilə əlaqələndirən Binəqədi şosesi bu qədər yükə tab gətirmir. Bir tərəf üzrə cəmi iki zolaqdan ibarət olan Binəqədi şosesi ilə hərəkətdə olan nəqliyyat vasitələrinin Rəsuldzadə qəsəbəsində dayancaqdakı avtobusların nizamsız düzülüşünə görə tək zolaqda hərəkət etməsinə məcbur qalması tıxacı yaradan səbəblərdən biridir. Biləcəri və Baksol yolunda hərəkət edən nəqliyyat vasitələrinin axınının artması da yolayrıcıda sıxlığa mənfi təsir edir.

Sıxlığın aradan götürülməsi üçün görülən tədbirlər

Sözügedən yolda sıxlığı azaltmaq üçün bir neçə tədbir görülüb. Bu tədbirlər ilk növbədə nəqliyyatın hərəkətinin təşkili ilə bağlıdır. Belə ki, yolun iki hissəsində geriyədönmənin qadağan edilməsi bu istiqamətdə görülən tədbirlərdən biridir. Bundan əlavə, Binəqədi şosesinin yükünü azalda biləcək alternativ yol tikilir ki, bu da sıxlığı müəyyən dərəcədə azalda bilər.

Yolun ətrafındakı obyektlər elə qurulub ki, zolaqların genişləndirilməsi demək olar ki, mümkünsüzdür. Baksol yolundakı dəmir yolu körpüsünün mövcudluğu sözügedən yolayrıcında tunel tikintisini də riskə atır. Belə olan halda, tək çarə şəxsi maşınlardan istifadəni azaldıb, ictimai nəqliyyatdan istifadə kimi görünür. Ən azından alternativ yolun tikintisi başa çatana qədər...

Sürücülərin nəzərinə - Bu yolda qaydalar dəyişdi: Cərimələnə bilərsiniz - FOTO
Bakının hər gün tıxac olan küçəsindən VİDEO - Sadə çıxış yolu var, amma...

Umarlı
Milli.Az

 
Seçilən
13
milli.az

1Mənbələr