AZ

"Ronaldu 40 yaşına çatsa da..." - Robert Levandovski

"Barselona"nın hücumçusu Robert Levandovski "Əl-Nəsr"in superulduzu Kriştianu Ronaldudan danışıb.

Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano polşalı forvardın dediklərini şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Kriştianunun nəyə nail olduğunu, karyerası boyunca futbol tarixinə öz rekordları ilə nə dərəcədə təsir etdiyini tam şəkildə anlayıram. Şübhəsiz, bütün bunlar tarixdə qalacaq. Ronaldu 39, demək olar ki, 40 yaşına çatsa da, inanılmaz dərəcədə ambisiyalıdır".

Xatırladaq ki, Ronaldunun "Əl-Nəsr"lə müqaviləsinin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub. Tərəflər yeni anlaşma ilə bağlı danışıq aparır. 

Nihat 

Seçilən
10
1
fanat.az

2Mənbələr