AZ

"İran ordusu İsraildə lazım olan bütün hədəfləri müəyyənləşdirib" - Nazir

İranın silahlı qüvvələri son raket hücumuna İsrailin mümkün cavab reaksiyasına tam hazırdır. 

HİT.az xəvər verir ki, bu barədə İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi açıqlama verib.

O qeyd edib ki, İran ordusu hadisələrin istənilən inkişafına hazırdır.

"Silahlı qüvvələrimiz tam döyüş hazırlığındadır və bütün lazımi hədəfləri müəyyən edib. Eyni zamanda, bizim siyasətimiz müharibəni dayandırmağa yönəlib", deyə XİN başçısı bildirib.

Oktyabrın 6-da bildirilib ki, İran komandanlığı ölkənin İsraillə silahlı münaqişəyə girəcəyi təqdirdə bir sıra tədbirlər planı hazırlayıb. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əlirza Təngsirinin sözlərinə görə, İranın əks-hücumlarının forması düşmənin, məsələn, Fars körfəzində və ya ondan kənarda həyata keçirə biləcəyi hərəkətlərdən asılı olacaq.

Samir

Seçilən
42
50
hit.az

10Mənbələr