AZ

Tovuzda pis zarafatın axırı

Premyer Liqanın ilk dövrəsinin bağlanış turu «Zirə»nin üzünə gülmədi.

Tovuz səfərinə 3 xal üçün yollanmışdılar, xal almadan Bakıya döndülər.

Yəqin ki, Rəşad Sadıqov oyunun axarını sakit-sakit oturub, bir qəhvə içərək analiz edəcək. Maraqlı məqamlar var ortada, incələnməsi mütləqdir.

Məsələn, birinci 45 dəqiqəni yüksək səviyyədə keçirdikləri halda, niyə son yarım saatda oyuna nəzarətin «ip»ini əldən buraxdılar.

Ona qədər «Zirə» diqtə edən tərəf idi, dominantlıq onlarda idi. Axır 30 dəqiqədə «val» və rollar dəyişdi,

«Turan» ərazi üstünlüyünə yiyələndi, rəqibin çoxsaylı top itkilərindən istifadə etdi, Aydın Bayramovun qoruduğu qapıya «səlib yürüşü» təşkil elədilər, nəhayət də, aradıqları qolu 90-cı dəqiqədə Faiq Hacıyevlə vurdular.

Futbol ədalətli oyundur. Oyunun yeganə şərti diqqətdir. Futbol diqqəti xoşlayır, onunla özgə cür rəftar edən tərəfi sərt cəzalandırır.//sportinfo


Seçilən
17
1
news24.az

2Mənbələr