AZ

Pentaqonun rəhbəri Kiyevə gəlib

ABŞ-ın müdafiə naziri Lloyd Ostin noyabrın 20-də Kiyevə gəlib.

Editor.az bildirir ki, bu barədə Ostin Twitter-də (X) yazıb. O, bildirib ki, ABŞ Rusiyaya qarşı müharibədə Ukraynaya dəstəyini davam etdirəcək.

“Mən Ukrayna liderləri ilə görüşmək üçün indicə Kiyevə gəlmişəm. Mən bu gün mühüm mesajı çatdırmaq üçün buradayam. ABŞ həm indi, həm də gələcəkdə Ukraynaya Rusiyanın təcavüzünə qarşı azadlıq mübarizəsində dəstəyini davam etdirəcək”.

ABŞ-ın Ukraynaya hərbi yardımının davam etdirilməsi ilə bağlı narahatlıqlar son vaxtlar Konqresdə müzakirələr davam etdiyi üçün artıb. Bir gün əvvəl Ostin Ukraynanın müdafiə naziri Rustem Umerovla telefon danışığı aparıb. Onlar noyabrın 22-də videokonfrans vasitəsilə Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (Ramşteyn formatı) növbəti iclasının planlarından danışıblar.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
289
50
editor.az

10Mənbələr

Şərh ()
Bağla