İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi ölkənin müharibəyə tam hazır olduğunu bildirib.
“İran İslam Respublikası gərginliyi və müharibəni artırmaq istəmir; Müharibədən qorxmasaq da, bizim iradəmizi sınamaq istəsələr, dediyim kimi, edə bilərlər”, - deyə Əraqçi bildirib.
Onun sözlərinə görə, ölkə istənilən ssenariyə və istənilən vəziyyətə tam hazırdır. İslam Respublikasının silahlı qüvvələri bütün lazımi hədəfləri müəyyən edib. Bununla belə, o qeyd edib ki, İranın siyasəti münaqişəyə son qoymaq və İslam müqaviməti tərəfindən razılaşdırılan, qəbul edilən və bəyənilən ədalətli atəşkəsə nail olmaqdır.
Mövsüm