AZ

“Milan”ın futbolçusuna iki oyunluq cəza

İtaliyanın “Milan” komandasının futbolçusu Teo Hernandes iki oyunluq diskvalifikasiya edilib.

Msport.az A Seriyasının rəsmi saytına istinadən xəbər verir ki, buna 27 yaşlı fransalı müdafiəçinin İtaliya çempionatının VII turunda “Fiorentina”ya qarşı keçirilmiş matçda (1:2) baş hakimə qarşı kobud davranışı səbəb olub. Referinin qərarlarından narazı qalan futbolçu onu sərt şəkildə tənqid edib.

Fransa yığmasının üzvü A Seriyasında “Udineze” və “Bolonya” ilə qarşılaşmalarda “Milan”a kömək edə bilməyəcək.

Qeyd edək ki, Teo Hernandes 2019-cu ildən İtaliya klubunda çıxış edir.

Seçilən
6
4
msport.az

5Mənbələr