AZ

"Bu, çempionatı daha maraqlı edəcək" - "Zirə"nin müafiəçisi

"Zirə"nin futbolçusu Məqsəd İsayev Misli Premyer Liqasının geridə qalan birinci dövrəsini dəyərləndirib.

30 yaşlı futbolçu fikirlərini Fanat.Az-a bölüşüb.

"Fikrimcə, 1-ci dövrədə maraqlı oyunlar oldu. Mövsüm daha maraqlı keçir. Turnir cədvəli onu göstərir ki, avrokuboklara vəsiqə verən yerlər uğrunda mübarizə çox gərgin olacaq. Çalışıb növbəti oyunlarda xal qazanmalıyıq ki, ilk "3-lük"də mövqe tutaq. 

İndi bütün komandalar yaxşı mübarizə aparırlar. Komandalar arasındakı xal fərqi elədir ki, hər tur nəsə dəyişə bilər. Qarşısına avrokubok hədəfi qoyan klublar qış fasiləsinə ilk "3-lük"də yollanmağa çalışacaqlar. Bu, çempionatı daha maraqlı edəcək".

Nihat

Seçilən
29
fanat.az

1Mənbələr