AZ

Putin Paşinyanın Kazanda keçiriləcək BRİKS sammitində iştirakını gözlədiyini bildirib

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitində iştirakını gözləyir.

Bu barədə Rusiya lideri Ermənistan hökumətinin başçısı ilə görüşündə deyib.

"BRİKS-in Kazanda keçiriləcək sammitində iştirakınızı gözləyirəm. Ümid edirəm ki, bu, həm faydalı, həm də maraqlı olacaq", - Putin bildirib. “Çox sağ olun” deyə Paşinyan cavab verib.

Putin əlavə edib ki, BRİKS sammitinin “çoxlu təmasları” əhatə edəcəyi gözlənilir. “Biz ikitərəfli görüş keçirəcəyik və bir neçə onlarla ölkədən [zirvə toplantısında] iştirak etməyi planlaşdıran bir çox həmkarımızla danışmaq imkanı olacaq”, - Rusiya prezidenti bildirib.

Seçilən
40
aznews.az

1Mənbələr