AZ

Londonda “COP29: İqlim dəyişikliyi, sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masa keçirilib (FOTO)

Bakı. Trend:

Londonda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və BöyükBritaniyanın Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun(RUSI) birgə təşkilatçılığı və Azərbaycan Respublikasının BöyükBritaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinindəstəyi ilə “COP29: İqlim dəyişikliyi, sülh və təhlükəsizlik”mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə hər iki ölkədən yüksəksəviyyəli qonaqlar, region üzrə ekspertlər, dövlət və özəl sektorunnümayəndələri iştirak edib.

Trend xəbər verir ki,tədbirdə açılış nitqi ilə çıxış edən COP26-nın prezidenti AlokŞarma Azərbaycanda keçiriləcək COP29-un bəşəriyyətin gələcəyi üçünəhəmiyyətindən danışıb.

COP29-da əldə olunacaq nailiyyətlərin tək Azərbaycanın deyilbütün dünyanın uğuru olacağını vurğulayıb. A. Şarma COP29-unmüəyyən edilmiş prezidenti və onun komandası ilə sıx təmasdaolduğunu, onların bu mötəbər tədbirin uğurlu təşkili üçünyorulmadan çalışdıqlarını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Xarici İşlərNazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, COP29 Sədrliyinindanışıqlar qrupunun müşaviri Elşad İskəndərov qarşıdan gələnsammitin regional və qlobal nöqteyi-nəzərdən əhəmiyyətinivurğulayıb. Diplomat çıxışında iqlim dəyişikliyi və əhalininyerdəyişməsi arasında birbaşa əlaqəyə toxunaraq ətraf mühitindeqradasiyasının əsas fəsadlarından birinin miqrasiya olacağınadiqqət çəkib.

Elşad İskəndərov bildirib ki, iqlim maliyyəsi COP29-un əsasmövzusu olacaq. Belə ki, müzakirələr əsasən iqlim dəyişikliyininfəsadlarından ən çox zərər çəkən ölkələrə dəstək daxil olmaqla,maliyyənin idarə edilməsi məsələlərini ehtiva edəcək.

COP29 təşəbbüsləri barədə danışan diplomat Birləşmiş KrallığınSülh və Bərpa Təşəbbüsünə dəstəyini xüsusi qeyd edib.

“İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu müraciətlərə baxılmamüddətini 9 ayadək azaldacaq. Fond iqlim dəyişikliyininfəsadlarının azaldılması, adaptasiyası, həmçinin araşdırma vəinkişafla bağlı dövlət və özəl sektorun fəaliyyətinistimullaşdıracaq”.

Britaniyanın COP26 çərçivəsində Latın Amerikası və Karib regionuüzrə səfiri olmuş Fiona Clouder çıxışında COP26-da qarşılaşdıqlarıçətinliklər və onların həlli istiqamətində atılan addımlar barədəməlumat verib və Azərbaycanda keçirilən COP29-dan böyükgözləntilərin olduğunu bildirib.

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev COP29 təşəbbüsləribarədə çıxış edib. O, Azərbaycanın təbii yanacaqla zəngin ölkələrinyaşıl texnologiyalara keçidə daha çox töhfə verməsini nəzərdə tutanİqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunu dəstəklədiyini bildirib.Dünyada hazırda davam edən münaqişələr barədə danışan F. ŞəfiyevAzərbaycanın COP atəşkəsi çağırışına da diqqət çəkdi:

“Olimpiya barışığını nümunə alaraq irəli sürülən COP atəşkəsisülh və iqlim fəaliyyətinin vacibliyini irəli sürür”. Bununlayanaşı, Fərid Şəfiyev enerji diversifikasiyası və yaşıl enerjiyəkeçidlə bağlı Azəbaycanda aparılan işlər barədə məlumat verib. Oqeyd edib ki, Azərbaycan bu istiqamətdə müxtəlif enerjilayihələrini icra edir və BP ölkəmizdə yaşıl enerji layihələrinireallaşdıraraq bu planları dəstəkləyir.

RUSI-nin beynəlxalq təhlükəsizlik üzrə direktoru Neil Melvinçıxışında Cənubi Qafqaz regionunda baş verən müsbətdəyişikliklərdən söhbət açaraq, COP29-un istər iqlim baxımından,istərsə də regionun ümumi inkişafı baxımından vacib tədbir olduğunuvurğulayıb və Azərbaycana uğurlar arzulayıb.

Böyük Britaniyanın Azərbaycandakı sabiq səfiri James Şarptəyinatı dövründə Britaniyanın Azərbaycanda enerji keçidini təşfiqedən əməkdaşlıqdan söhbət açıb və Azərbaycanın beynəlxalq səviyyədəiqlim fəaliyyətinə töhfə vermək səylərini yüksək qiymətləndirdiyinivurğulayıb.

BMTM-in baş məsləhətçisi Şahmar Hacıyev COP29 və iqlimdəyişlikliyi ilə mübarizədə Azərbaycanın yanaşması mövzusundatəqdimatla çıxış edib.

Çıxışını 3 əsas istiqamət- yaşıl enerjiyə keçid, Orta Dəhlizinenerji təhlükəsizliyi üçün yaratdığı imkanlar və çağırışlar,COP29-un alternativ enerjiyə keçidə töhfəsi- üzərində quran Ş.Hacıyev ölkəmizin yaşıl keçid hədəfləri ilə bağlı ətraflı məlumatverib. O qeyd edib ki, təmiz ətraf mühit və yaşıl enerjizonalarının yaradılması əsas hədəflərdir. İşğaldan azad edilmişərazilərdəki yaşıl enerji konsepsiyası barədə danışan Ş. Hacıyevbərpaolunan enerji mənbələrinin davamlı inkişafa töhfələrinidiqqətə çatdırıb.

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiyaBirləşmiş Krallığındakı səfiri Elin Süleymanov da tədbirdə iştirakedib və sual-cavab sessiyasında ünvanlanan suallarıcavablandırıb.

Londonda
Londonda
Londonda
Londonda
Londonda
Londonda
Londonda
Londonda
Londonda
Seçilən
7
7
az.trend.az

8Mənbələr