AZ

Biz sizə zəng edəcəyik: iş müraciətinin nəticəsini 48 ildən sonra öyrəndi

İngiltərədə yaşayan 70 yaşlı Tizi Hodson 48 ildən sonra motosiklet akrobatı olaraq xəyal etdiyi iş müraciətinin nəticəsini öyrənib.

Medianews.az BBC-yə istinadən xəbər verir ki, Linkolnşirdə yaşayan Hodsonun 1976-cı ilin yanvarında göndərdiyi iş ərizəsi məktubunun bütün bu illər ərzində poçt şöbəsində çekmecenin arxasında qaldığı məlum olub.

Göndərilən ünvana çatmayan orijinal məktub 48 il sonra Hodsonun özünə qaytarılıb.

Beləliklə, Hodson ərizəsinin aqibətini öyrənib. “Mən həmişə iş haqqında niyə heç bir xəbər almadığımla maraqlanırdım. İndi bunun səbəbini bilirəm”- Hodsen deyib.

Xəbərdə bildirilib ki, məktubun yuxarı hissəsindəki əlyazma ilə bunlar qeyd olunub: “Steyn poçt şöbəsi tərəfindən gec çatdırılıb. Rəfin arxasında tapılıb. Sadəcə təxminən 50 il gec”.

Cavab məktubunu böyük həvəslə və uzun müddət gözlədiyini qeyd edən Hodson, “Çox məyus oldum, çünki həqiqətən motosikletdə kaskadyor olmaq istəyirdim” deyib.

Medianews.az

Seçilən
18
medianews.az

1Mənbələr