AZ

Böyük sahə, kiçik qiymət! - Fotolar

Mənzil sahibi olmaq çox insanın ən böyük arzularından biridir. Lakin otaq sayının azlığı ailə üzvləri və qonaqlar bir araya gəldiyi zaman narahatlıq yaradır.

Uşaqlar üçün ayrıca otağın olmaması isə valideynlərə öz şəxsi məkanlarını bölüşməsinə səbəb olur. Nəticədə bu həm ailə üzvləri arasında komfortu, həm də uşaqların fərdi inkişafını azaldır.

Hər kəs kiçik büdcə ilə geniş, işıqlı və komfortlu məkanda yaşamağı xəyal edir. Mənzilin genişliyi həyat keyfiyyətinə müsbət təsir göstərir.

Bütün bu amilləri nəzərə alaraq, artıq 30 ildən çoxdur ki, Azərbaycanın inşaat sektorunda fəaliyyət göstərən “Aral Group” şirkəti inşa etdiyi “Greenville Residence” yaşayış kompleksi ilə mənzil sahibi olmaq istəyənlər üçün əla fürsət yaradır. Şirkət rahatlıqla və sərfəli şərtlərlə mənzil sahibi olmaq istəyənləri arzularına bir addım daha yaxın etmək üçün yeni təşəbbüsə imza atıb.

7 oktyabr – 7 noyabr tarixləri aralığında “Greenville Residence”dən ipoteka şərtləri ilə tam mənzil alışı zamanı hər kəsə 10 000 AZN-ə qədər məbləğ hədiyyə ediləcək. Bu təklif mənzil almaq istəyən hər kəsə arzusunda olduğu mənzili əldə etmək üçün əla bir fürsət olaraq təqdim edilir.

“Greenville” sakini olmaq istəyənlərə “Aral Group”dan möhtəşəm şərtlər təklif olunur. Belə ki, siz 20% ilkin ödəniş ilə ipotekadan faydalana və qalan ödənişi 22 il müddətinə qədər ödəyə bilərsiniz. Bu mükəmməl fürsət haqqında ətraflı məlumat əldə etmək üçün *4242 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir.

“Greenville Residence” yaşayış kompleksi, müasir arxitektura və geniş yaşıllıq sahələri ilə yanaşı, sakinlərin gündəlik həyatını asanlaşdıracaq çoxsaylı imkanlar təklif edir. Layihənin 10 hektar ərazisinin 80%-nin yaşıl zonalara və infrastruktur obyektlərinə ayrılması sakinlərə bol oksigenli, təmiz havalı mühitdə yaşamaq imkanı yaradır. 15 000-dən çox bitki və ağac sayəsində “Greenville” əsl yaşıl oazisdir.

Seçiminizi “Greenville”dən etməklə siz sadəcə mənzil sahibi olmaqla qalmayacaq, özünüz və ailəniz üçün təhlükəsiz, rahat və zövqlü yaşam tərzinə keçid edəcəksiniz. “Qapalı şəhərcik” konsepti ilə inşa edilən kompleks, 24/7 videomüşahidə sistemi ilə tam mühafizə olunur. Sizə sadəcə rahat həyatdan zövq almaq qalır.

Bundan əlavə, “Greenville Residence” sakinləri infrastruktur olaraq çox əlverişli üstünlüklərə malikdir. Alış-veriş mərkəzi, restoranlar, kafelər, uşaq oyun meydançaları, açıq və qapalı hovuzlar, idman meydançaları kimi rahatlıq və əyləncə üçün nəzərdə tutulmuş məkanlar kompleksin daxilində yerləşəcək.

“Aral Group” sakinlərinin həyatını daha komfortlu etmək və onların arzularını reallaşdırmaq məqsədilə davamlı olaraq yeniliklər təqdim edir.

Hər bir detalı incəliklə düşünülmüş “Greenville Residence” ailə bağlarını daha da möhkəm etmək, aktiv həyat tərzini dəstəkləmək və investisiya baxımından cazibədar imkanlar təqdim etmək üçün ideal seçimdir.

Əgər siz də geniş və rahat mənzil sahibi olmaq istəyirsinizsə, “Greenville Residence”də sizi gözləyən bu bənzərsiz fürsəti qaçırmayın! Yeni mənzilinizin qapılarını açmaq üçün elə indi addım atın!

Ətraflı məlumat üçün:

Tel: *4242;

Sayt: www.aralgroupbaku.com.





Seçilən
17
qafqazinfo.az

1Mənbələr