AZ

“Məktəblər üçün PISA” tədqiqatı təşkil olunacaq

Azərbaycan cari ildən “Məktəblər üçün PISA” tədqiqatına qoşulur.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədqiqat oktyabrın 15-dən noyabrın 7-dək kompüterəsaslı keçiriləcək.

Bu tədqiqat 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi, həmçinin onları real həyatda tətbiq etmək qabiliyyətlərinin müəyyənləşdirilməsi məqsədilə təşkil olunur.

PISA-dan fərqli olaraq, bu tədqiqatda ümumi təhsil müəssisələri fərdi qaydada qiymətləndirilir. Belə ki, əgər PISA ölkə üzrə təhsil səviyyəsini digər ölkələrlə müqayisə etməyə, təhsil siyasəti ilə bağlı qərarlar qəbul etməyə imkan verirsə, “Məktəblər üçün PISA” tədqiqatı ölkənin ayrı-ayrı ümumi təhsil müəssisələrində təhsilin keyfiyyətini digər ölkələrin təhsil müəssisələri ilə müqayisə etməyə, həmçinin müəssisənin özünün təhsilalanların nəticələri barədə məlumat əldə etməsinə, bununla bağlı tədbirlər görməsinə imkan yaradır.

Qeyd edək ki, ölkəmizdə sözügedən tədqiqat Təhsil İnstitutu tərəfindən təşkil olunacaq.

phrase_var_article.chosen
66
10
yeniazerbaycan.com

10phrase_var_article.sources