AZ

Cek Qriliş ata oldu - Foto

“Mançester Siti”nin və İngiltərə yığmasının yarımmüdafiəçisi Cek Qriliş, xanımı Saşa Etvudla ilk övladlarının dünyaya gəlidiyi açıqlayıb.

Arena.az məlumat verir ki, sentyabrın 27-də dünyaya gəlmiş körpənin doğulması haqda məlumatı Qriliş ilk dəfə oktyabrın 7-də özünün sosial şəbəkə hesabı üzərindən paylaşıb.

Qriliş körpənin öz valideynlərindən birinin çeçələ barmağını tutduğu ağ-qara təsvirli şəklini özünün sosial şəbəkə hesabı üzərindən paylaşıb və şərh edib:

“Mila Rouz Qriliş 27/09/2024”, – Qriliş körpənin adını və doğum tarixini qeyd edib.

Xatırladaq ki, sevgililər ilk dəfə iyul ayında Saşanın hamiləliyi haqqında məlumat paylaşmışdılar.

Qeyd edək ki, Cek Qriliş 2021-ci ilin avqustundan “Mançester Siti”də forma geyinir. O, bu kluba “Aston Villa”dan 117,5 milyon avro qarşılığında gəlib.

İngilis futbolçu cari mövsümdə “şəhərlilər”in heyətində 9 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Onun “Mançester Siti” karyerası bütövlükdə 134 oyun, 14 qol və 20 məhsuldar ötürmədən ibarətdir.

Qriliş “Mançester Siti”dən öncə “Aston Villa” və “Notts Kaunti” klublarında forma geyinib. Vaxtilə İrlandiyanın U-17, U-18 və U-21 yığmalarında oynamış Qriliş, 2016-cı ildən İngiltərənin gənclərdən ibarət millisində forma geyinməyə başlayıb. 2020-ci ilin sentyabrında əsas millidə debüt etmiş futbolçu indiyə qədər İngiltərə yığmasında 38 oyuna çıxıb, 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 29 yaşlı Qrilişin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
54
arena.az

1Mənbələr