AZ

Məsud Pezeşkian Türkmənistana səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian oktyabrın 10-da məşhur türkmən şairi Maqtumqulu Fəraqinin anadan olmasının 300-cü ildönümü münasibətilə keçiriləcək tədbirdə iştirak etmək üçün Türkmənistana səfər edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı İRNA yayıb.

Bildirilib ki, M.Pezeşkian “Dillər və sivilizasiyaların qarşılıqlı əlaqəsi: Sülhün və inkişafın əsasları” adlı beynəlxalq konfransda çıxış edəcək.

Qeyd edək ki, İranda bir-üç milyon türkmənin olduğu bildirilsə də, onların ana dilində təhsil almaq hüququ yoxdur.//Report

Seçilən
15
2
konkret.az

4Mənbələr