AZ

İrana planlaşdırılan bütün reysləri ləğv etdi

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli aviaşirkəti “Emirates” bu gün İrana planlaşdırılan bütün reyslərinin ləğv edildiyini açıqlayıb.

“Qafqazinfo” xəbər veri ki, “Emirates”in bu günə olan uçuş cədvəlinə əsasən, Dubaydan İrana bütün reyslər ləğv edilib.

Emirates tərəfindən sərnişinlərinə göndərilən bildirişdə bölgədəki hadisələrin yaxından izləndiyi və mümkün yeniləmələrlə bağlı səyahətçilərlə əlaqə saxlanılacağı bildirilib.

Qeyd edək ki, İranın Təl-Əvivə raket hücumundan sonra Yaxın Şərqdə gərginlik daha da artıb. Təl-Əviv rəhbərliyi İranın İsrailə raket hücumundan sonra İrana cavab hücumu planlaşdırdığını açıqlayıb.

Seçilən
45
6
qafqazinfo.az

9Mənbələr