AZ

REAL sədri Natiq Cəfərli Ədalət Vəliyevlə görüşdü

REAL Partiyası Siyasi Komitəsinin sədri Natiq Cəfərli Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Natiq Cəfərli özü yayıb.

"Hörmətli Ədalət Vəliyevin dəvəti ilə onunla görüşdüm. Görüş zamanı siyasi partiyaların fəaliyyəti, son seçkilər, “Siyasi partiyalar haqqında” Qanunda bəzi pozitiv dəyişiklik təklifləri ilə bağlı fikir mübadiləsi oldu. Görüş zamanı Ədalət Vəliyev REAL Partiyasının Siyasi Komitəsinə sədr seçilməyim münasibəti ilə məni təbrik etdi və işimizə uğurlar arzuladı" - məlumatda qeyd edilib.

Musavat.com

Seçilən
58
8
musavat.com

10Mənbələr