AZ

Nazir müavini Anar Kərimov Qusar rayonunda vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov oktyabrın 8-də Qusar rayonunda Qusar və Quba rayonlarının sakinlərini qəbul edib.

 

Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da olub.

A.Kərimov onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.

Qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.

Seçilən
47
3
qht.az

10Mənbələr