AZ

İŞİD liderlərindən biri öldürülüb

İraqın təhlükəsizlik qüvvələri ölkənin şimalında yerləşən Salah əd-Din əyalətində fəaliyyət göstərən “İslam Dövləti” (İŞİD) terror qruplaşmasının liderlərindən birini öldürüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İraqın İNA agentliyi Vahid Əməliyyat Komandanlığının bəyanatına istinadən məlumat yayıb.

"İraq Hərbi Hava Qüvvələrinin hücumundan sonra Salah əd-Din əyalətindəki rayonlardan birində İŞİD üzvü olan 4 terrorçunun meyiti aşkarlanıb”, – məlumatda bildirilib.

Meyitlərin identifikasiyası zamanı öldürülənlərdən birinin İŞİD tərəfdarlarının “Salah əd-Din əyalətinin qubernatoru” adlandırdığı Əbu Ömər əl-Qureyşi olduğu məlum olub.

Seçilən
60
44
operativmm.az

10Mənbələr