AZ

Qasım Süleymaninin varisi öldürülüb, yoxsa sağdır?

"İran onun ölməsi xəbərini yaymaqla, İsrailə fənd işlətməyə çaıışır... "

Xəbər verdiyimiz kimi İran rəsmiləri ötən həftə Beyruta edilən hücumlardan sonra İnqilab Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı İsmayıl Qənidən heç bir xəbər olmadığını açıqlayıb. Bəziləri onun sentyabrın 27-də Nəsrullahla birlikdə olduğu sığınacaqda öldüyünü, bəziləri isə Livana getdiyini deyir.

Onu da xatırladaq ki, İsmayıl Qəni 2020-ci ildə ABŞ tərəfindən öldürülən Qasım Süleymaninin varisi idi.

İsmayıl Qəni öldürülüb, yoxsa sağdır?

İranın

Musavat.com bildirir ki, politoloq Zeynal Əmrəliyev məsələyə bu cür rəy verib:

"İran tərəfi məlumatı təkzib etsə də, İsmayıl Qəni Nəsrullahın ölümündən sonra yoxa çıxıb. Onun yoxa çıxmasına səbəb olacaq amillər kifayət qədərdir.

Birinci ehtimal, həqiqətən də İsrail haqlıdır, İsmayıl Qəni də Həsən Nəsrullahla birlikdə öldürülüb. İran tərəfi bunu hələ ki, açıqlamaq istəmir, çünki bu yeni sensasiyaya səbəb ola bilər. Bu halda İran İsrailə daha güclü cavab verməlidir ki, Tehran hələ ki, buna tam hazır deyil.

İkinci ehtimal, İsmayıl Qəninin sağ olması, ancaq ağır yaralı olmasıdır. İran tərəfi bunu gizlətməyə çalışır. Çünki bu "SEPAH" daxilində çaxnaşma yarada bilər. Həmçinin İranın İsrailə qarşı zəif vəziyyətə düşməni də yardımçı ola bilər.

Üçüncü ehtimal isə odur ki, İran tərəfi haqlıdır, İsmayıl Qəni sağdır, Həsən Nəsrullahın ölümündən sonra konkret hədəf halına gəlib, buna görə də İran onu ciddi mühafizə altında saxlayır.

Qəninin öldüyü haqqında məlumatların yayılması da İranın İsrail kəşfiyyatını ondan uzaq tutmaq üçün çaşdırıcı fəndi ola bilər. Üçüncü ehtimalı gücləndirən daha bir məsələ isə, Həmasın yeni seçilmiş rəhbəri Yəhya Sinvarın da Qəni ilə birlikdə yoxa çıxmasıdır. İsmayıl Haniyə və Həsən Nəsrullahın öldürülməsindən sonra Qəni və Sinvar konkret hədəf halına gəlmişdi. İran tərəfi anlayıb ki, İsrail onları da öldürmək üçün xüsusi əməliyyat hazırlayıb. Buna görə Həmasın və Qüdsün rəhbərini mühafizə altına ala bilər".

Politoloqun fikrincə, İsrail İranı daha böyük eskalasiyaya cəlb etmək istəyir ki, bu da Qərblə münasibətləri normallaşdırmaq istəyən Məsud Pezeşkian hökumətinə sərf etmir:

"Proksi qüvvələrin rəhbərlərindən fərqli olaraq, İsmayıl Qəninin öldürülməsi İranı daha pis vəziyyətə sala bilər. Qəni İranın öz generalıdır və "SEPAH" öz komandirlərinin ölümünə görə cavab tədbiri tələb edəcək. Bu həmçinin İranın rəhbərliyində təmsil olunan digər şəxslərində təhlükəsizlik məsələsinə də ciddi təhdid yaradır. Buna görə də Tehranın qarşı tərəfdən gələn iddiaları yaxın gələcəkdə həqiqət olsa belə doğrulayacağı gözlənilmir".

Xalidə Gəray
Musavat.com

phrase_var_article.chosen
100
musavat.com

1phrase_var_article.sources