AZ

Neft qiymətləri sürətlə düşür: Bazarın gözü Yaxın Şərq və Şimali Amerikadadır

Dünya bazarında neft qiymətləri sürətlə düşür. Londonun ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti günortadan sonra keçirilən hərraclarda 3,78 dollar (4,67 faiz) ucuzlaşaraq 77,15 dollar olub.

Nyu-York əmtəə birjasında (NYMEX) WTI neftinin noyabr ayı üçün fyuçerslərinin qiyməti həmin vaxta qədər 3,7 dollar (4,8 faiz) ucuzlaşaraq 73,44 dollara bərabər olub.

Analitiklərə görə, neft bazarına neqativ təsir Çindən gəlir. Belə ki, bu gün Çinin Milli İnkişaf və İslahat Komissiyası (NDRC) ölkənin cari il üçün iqtisadi məqsədlərinə çata biləcəyinə əminliyini ifadə edib və iqtisadiyyatı dəstəkləməyə davam edəcəyinə söz verib. Laki treyderlərin ümid etdikləri yeni kütləvi stimuldan bəhs edilməyib. Analitiklər hesab edirlər ki, dövlətin daha ciddi dəstəyi olmadan Çinin iqtisadi artımındakı yavaşlama qısa və hətta orta müddətli dövrdə ölkənin neft tələbini məhdudlaşdıra bilər.

Hazırda treyderlər Yaxın Şərqdəki vəziyyəti izləyirlər: böyük müharibə bazara neft təklifini azalda bilər. Bundan başqa, Meksika körfəzində növbəti qasırğanın gözlənilməsi də neft bazarına öz təsirini göstərir. Milton qasırğası sabah ştatın sahillərinə yaxınlaşacağına görə Florida ştatında limanlar bağlanıb. Bu, neft məhsullarının tədarükünü poza bilər.

Musavat.com

Seçilən
17
musavat.com

1Mənbələr