Moskva və İrəvan sərhədlərin qorunması barədə razılığa gəldi
2025-ci il yanvarın 1-dən Rusiya sərhədçiləri ilə birlikdə Ermənistan sərhəd xidmətinin hərbi qulluqçuları da İran və Türkiyə ilə sərhədin mühafizəsində iştirak edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən görüşdə razılığa gəliblər.
“Baş nazir Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşündə razılıq əldə olunub ki, 2025-ci il yanvarın 1-dən Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədlərinin qorunmasında Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları da iştirak edəcək”, - Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan açıqlama verib.