AZ

“Domino’s Pizza” şəbəkəsi Erik ten Haqı məsxərəyə qoydu

“Domino’s” Pizza” pitsa şəbəkəsi “Mançester Yunayted”in baş məşqçisi, niderlandlı mütəxəssis Erik ten Haqı lağa qoyub.

Arena.az məlumat verir ki, şəbəkə bu məqsədlə Mançesterin “Old Trafford” stadionunun yaxınlığında tanıtma tədbiri keçirib.

“Qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haqın şəklinin yanındakı reklam lövhəsində ingiliscə belə bir yazı yazılıb: “İşə götürürük. Amma səni yox, Erik”.

Bu ifadədə həm də “Mançester Yunayted”in Erik ten Haqın rəhbərliyi altında bərbad çıxışına tənqidi eyham da gizlənir.

7 turdan 8 xal toplamış “Mançester Yunayted” Premyer Liqanın yarış cədvəlində 14-cü pillədə qərarlaşıb. “Qırmızı şeytanlar” heç cür özlərinə gələ bilmirlər və bu Ten Haqın adı ətrafında istefa xəbərlərinin dolaşması ilə nəticələnir.

Erik ten Haq “Mançester Yunayted”i 2022-ci ilin iyul ayından çalışdırır. Ten Haq “qırmızı şeytanlar”ı indiyə qədər 125 oyuna çıxarıb, 71 qələbə, 19 heç-heçə, 35 məğlubiyyət yaşayıb. Topların fərqi isə 230:176 nisbətindədir.

Bu il iyulun 4-də “Mançester Yunayted” Erik ten Haqla müqaviləsinin müddətini 2026-cı ilə qədər uzatdığını rəsmən açıqlayıb.

Niderlandlı mütəxəssis “qırmızı şeytanlar”la İngiltərə Liqa Kubokunu və İngiltərə Kubokunu qazanıb.

Seçilən
37
4
arena.az

5Mənbələr