AZ

Bakıda xəstəxana yaxınlığında güclü yanğın başlayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda güclü yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, yanğın Xətai rayonunun Ramiz Quliyev küçəsində təkər tullantıları toplanmış qarajda qeydə alınıb.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunub. Hazırda yanğının söndürülməsi işləri davam edir.
Qeyd edək ki, yanğının qeydə alındığı qarajın yaxınlığında Respublika Neyrocərrahiyyə Xəstəxanası, yanacaqdoldurma məntəqəsi və yaşayış binası var.
Həmin görüntüləri təqdim edirik:
Seçilən
20
3
oxu.az

10Mənbələr