AZ

REAL-ın yeni sədri Prezident Administrasiyasına niyə çağırıldı?

"Bu gün REAL Partiyası Siyasi Komitəsinin sədri olaraq Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri hörmətli Ədalət Vəliyevin dəvəti ilə onunla görüşdüm". SİA xəbər verir ki, bunu REAL Partiyasının yeni sədri Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, görüş zamanı siyasi partiyaların fəaliyyəti, son seçkilər, "Siyasi partiyalar haqqında" Qanunda bəzi pozitiv dəyişiklik təklifləri ilə bağlı fikir mübadiləsi olub.

"Görüş zamanı Ədalət Vəliyev REAL Partiyasının Siyasi Komitəsinə sədr seçilməyim münasibəti ilə məni təbrik etdi və işimizə uğurlar arzuladı", – N.Cəfərli deyib.

phrase_var_article.chosen
59
6
sesqazeti.az

10phrase_var_article.sources