AZ

Bakıda xəstəxana yaxınlığında baş verən yanğın söndürüldü

Bakıda təkər tullantıları toplanmış ərazidə baş vermiş güclü yanğın söndürülüb.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yanğın FHN-in yanğınsöndürənləri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

xxx

Bakıda güclü yanğın başlayıb.

Publika.az xəbər verir ki, yanğın Xətai rayonunun Ramiz Quliyev küçəsində təkər tullantıları toplanmış qarajda qeydə alınıb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunub. Hazırda yanğının söndürülməsi işləri davam edir.

Seçilən
15
publika.az

1Mənbələr