AZ

Aksel Tuanzebe kuryoz zədə ilə üzləşdi

“Mançester Yunayted”in keçmiş mərkəz müdafiəçisi, hazırda “İpsviç Taun”da çıxış edən Aksel Tuanzebe pis qəzavü-qədərdən qurtulub.

Arena.az “Daily Mail” dərgisinə istinadən məlumat verir ki, o, qab-qacaq yuyarkən barmağını ağır zədələyib.

Belə ki, bu iş başında ikən şüşə stəkan konqolu futbolçunun ehtiyatsızlığından qırılıb, onun qəlpələrindən biri isə oyunçunun əlinin dərin yarasına səbəb olub.

Hadisə nəticəsində 26 yaşlı futbolçunun baş barmağını itirmək ehtimalı yaşanıb, amma diqqətlə aparılmış təcili cərrahi əməliyyat sayəsində bədbəxt hadisənin qarşısı alınıb.

Daha əvvəl “İpsviç Taun”un baş məşqçisi, şimali irlandiyalı mütəxəssis Kiran Makkenna Aksel Tuanzebenin qəzavü-qədər nəticəsində əlini zədələdiyini təsdiqləmişdi.

Əslən Konqodan olan mərkəz müdafiəçisi Aksel Tuanzebe “İpsviç Taun”a 2023-cü ilin sentyabr ayında azad agent kimi qoşulub. 26 yaşlı futbolçunun bu klubla 2025-ci ilin 30 iyununa qədər müqaviləsi var. Müdafiəçi cari mövsümdə 6 oyuna çıxıb. Onun “İpsviç Taun” karyerası bütövlükdə 27 oyun, 1 qol və 1 məhsuldar ötürmədən ibarətdir.

Aksel Tuanzebe “Mançester Yunayted”in yetirməsidir. O, klubun əsas komandasında cəmi 37 oyuna çıxıb. Müdafiəçi “Aston Villa”, “Napoli” və “Stok Siti” kimi klublarda icarədə oynayıb. İngiltərənin U-19, U-20 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi, əsas millidə debüt şansı qazanmayıb. Bu üzdən də o, 2024-cü ilin iyun ayında Konqo Demokratik Respublikasının yığma komandasında debüt etməyə qərar verib.

“Transfermarkt” internet-portalı 26 yaşlı müdafiəçinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
34
arena.az

1Mənbələr