AZ

Lavrov Ukraynadakı münaqişənin diplomatik yolla həllinin mahiyyətini açıqlayıb

Ukraynadakı münaqişənin diplomatik həlli onu tamamilə həll etməlidir, nəinki atəşkəslə nəticələnməlidir.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Newsweek” jurnalına müsahibəsində deyib

“Rusiya böhranın əsas səbəblərini aradan qaldırmalı olan siyasi və diplomatik həllə açıqdır”, – nazir bildirib.

O qeyd edib ki, Kiyev Moskva ilə sülhü bərpa etməyə can atmır. Buna Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya tərəfi ilə danışıqları qadağan edən fərmanı hələ də ləğv etməməsi dəlalət edir.

Lavrovun sözlərinə görə, münaqişənin davam etməsi Kiyevə “siyasi, hərbi və maliyyə dəstəyi” verən ABŞ və NATO ölkələri tərəfindən dəstəklənir. Xüsusilə, bu, Ukrayna Silahlı Qüvvələrinə Qərb silahlarını Rusiyanın dərinliklərində atəşə tutmasına icazə verilməsi ilə bağlı müzakirələrə aiddir. Nazir bu cür hərəkətləri “odla oynamaq” adlandırıb və bunun “təhlükəli nəticələrlə” təhdid etdiyini vurğulayıb.

Seçilən
44
nocomment.az

1Mənbələr