AZ

Zelenski Ukraynadakı münaqişəyə son qoymaqla bağlı mövqeyini yumşalda bilər - "Bloomberg"

Ukraynanın müttəfiqləri hesab edirlər ki, prezident Volodimir Zelenski münaqişənin dayandırılması şərtləri ilə bağlı mövqeyini yumşalda bilər.

Redaktor.az xəbər verir ki, bu barədə “Bloomberg” NATO-ya yaxın mənbələrə istinadən məlumat yayıb.

Onların fikrincə, Ukrayna prezidenti indi çevik qərarlara daha çox meyllidir. Nəşr qeyd edir ki, Zelenski açıq şəkildə özünün sülh planının dəyişməzliyində israr etməkdə davam etsə də, davam edən münaqişə və Qərbdən zəifləyən dəstəyin fonunda qışın yaxınlaşması Kiyevi variantlar axtarmağa vadar edir.

Agentlik qeyd edir ki, müttəfiqlərin Ukraynaya təzyiqləri artır, onlar münaqişənin həlli üçün daha konkret plan tələb edirlər. Döyüş meydanındakı qarşıdurma, Qərbdəki büdcə məhdudiyyətləri və ABŞ-də noyabrda keçiriləcək prezident seçkilərinin nəticələri müttəfiqləri münaqişənin danışıqlar yolu ilə sona çatdırmaq imkanlarına daha yaxından nəzər salmağa sövq edir.

Turan İSMAYIL

Seçilən
92
redaktor.az

1Mənbələr