AZ

Ukrayna üzrə ikinci sülh sammiti noyabrda baş tutmayacaq

Ukraynada müharibəyə son verməklə ilə bağlı noyabrda keçiriləcək ikinci sülh sammiti baş tutmayacaq...

Poliqon xəbər verir ki, bunu The Telegraph nəşrinə prezident Vladimir Zelenskinin aparat rəhbərinin müşaviri Daria Zarivnaya deyib.

“İkinci sülh sammiti noyabrda baş tutmayacaq. Amma onu hazırlamaq üçün hər şey artıq hazır olmalıdır”, deyə Zarivnaya bildirib.

Müşavirin sözlərinə görə, hazırda Zelenskinin “sülh formulu”nun hər bir bəndi üzrə tematik konfranslar keçirilir. Zarivnaya aydınlaşdırıb ki, bu konfranslar kommünikenin qəbulu ilə yekunlaşır.

“Qəbul edilmiş bəyanatların müddəaları Ukrayna üzrə ikinci konfransın sülh planı üçün əsas olacaq”, deyə prezident aparatının rəhbərinin müşaviri əlavə edib.

Poliqon.info

phrase_var_article.chosen
93
poliqon.info

1phrase_var_article.sources