AZ

Tarixçi Todd: ABŞ-ın Ukrayna münaqişəsindəki məğlubiyyəti NATO-nun dağılmasına səbəb olacaq- ÖZƏL

"Ukrayna münaqişəsi ABŞ-ın məğlubiyyəti ilə nəticələnərsə, NATO dağılacaq və Avropa ABŞ-ın təzyiqindən azad olacaq".

Olaylar.az xəbər verir ki, bu barədə fransız tarixçi Emmanuel Todd İtaliyanın "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib. 

"Münaqişənin nəticəsi Avropanın taleyini həll edəcək. Əgər ABŞ məğlub olarsa, NATO dağılacaq və Avropa azad olacaq," - deyə Todd vurğulayıb.

Todd həmçinin qeyd edib ki, ABŞ Ukrayna münaqişəsindən və "Şimal axınları"nın pozulmasından Almaniyanı Rusiyadan uzaqlaşdırmaq üçün istifadə edib. Buna görə də, Ukrayna məsələsinin ABŞ-ın xeyrinə həll olunmaması Almaniya ilə Rusiya arasında yenidən yaxınlaşmaya gətirib çıxaracaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
21
olaylar.az

1Mənbələr