AZ

Şahin Bağırov: "Çimərlik voleybolunun inkişafını prioritet məsələ kimi qarşımıza qoymuşuq"

“Uşaqlara voleybolun gözəl tərəflərini göstərməliyik. Kütləviliyi təmin etmək üçün Bakıdan kənarda yarışlar keçirməyi planlaşdırırıq”.

Apasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov ölkə çempionatının püşkatma mərasimində deyib.

"Azərbaycan Prezidenti İlham Əliyevin idmana dəstək siyasətini yüksək qiymətləndiririk. Əsas hədəfimiz kütləvilik və populyarlıqdır. Bu hədəflərin həyata keçirilməsi üçün infrastrukturun genişləndirilməsinə çalışacağıq. Klubların fəaliyyətini təkmilləşdirmişik. Çimərlik voleybolunun inkişafını prioritet məsələ kimi qarşımıza qoymuşuq. Qış ayları üçün qapalı çimərlik voleybolu zalları qurulmalıdır. Bu istiqamətdə yerli mütəxəssislərlə iş aparırıq".

Azərbaycan klubundan 6 transfer

"Azərreyl" Avropa Kubokunda iştirak edəcək

Azərbaycanlı nümayəndə ÇL oyununa təyinat alıb

“Azərreyl”də yeni voleybolçu

"Azərreyl" rusiyalı ilə müqavilə yeniləyib

Seçilən
16
apasport.az

1Mənbələr