AZ

"Dərmanların sığorta ilə verilməsi yaxşı haldır, ancaq..."- Eyyub Hüseynov

"İcbari tibbi sığorta çərçivəsində ambulator və ya stasionar şəraitdə istifadəsinə təminat veriləcək dərman vasitələri xidmətlər zərfi ilə müəyyən olunacaq".

News365.az bununla  bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyib Hüseynov fikirlərini öyrənib.

"Azad İstehlakçılar Birliyi bunun tərəfdardır. Bu çox yaxşı haldır.  Onu da qeyd edək ki, dövlət dərmanların qiymətini tənzimlənməsi barədəki siyasəti əhəmiyyətli siyasətdir. Lakin burda da çatışmazlıqlar var. Bəzi dərmanların qiymətləri guya tənzimlənib. ancaq qonşu ölkələrdən qat-qat bahadır. Məsələn "Qalvus Met" deyilən dərman var, şəkərə meyilli insanları bunu qəbul edir. Türkiyədə Azərbayca pulu ikə 15 manatdır, burda isə 75 manatdır. Sığorta paketinə dərmanların qəbul olunması  yaxşı haldır.  Bu şərtlə ki, sui-istifadfə hallarının qarşısı alınsın.  Sığorta adı ilə verilib, başqa yerlərdə satıla halları olmasın. Burda ictimai nəzarətin böyük rolu olacaqdır.  Çox əhəmiyyətli məsələdir"- deyə bildirib. 


Vəfa Vəliyeva, News365.az

Seçilən
20
news365.az

1Mənbələr