AZ

“Neftçi”nin futbolçuları milliyə dəvət aldı

“Neftçi”nin futbolçusu Kilan Lebon Sent Martin yığmasına dəvət alıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Lebon yığmanın heyətində oktyabrın 15-dək keçiriləcək KONKAKAF Millətlər Liqasının oyunlarında iştirak etmək üçün milliyə çağırılıb.

Qeyd edək ki, Kilan Lebon Sent Martin millisinin heyətində 3 oyuna 1 qol vurub.

Xatırladaq ki, “Neftçi”nin daha bir legioneri Edvin Kuç isə Monteneqro millisinə çağırılıb. Monteneqro millisi UEFA Millətlər Lİqasında Türkiyə ilə okyabrın 11-də, Uels ilə isə oktyabrın 14-də qarşılaşacaq.

Seçilən
7
1
idmanxeber.az

5Mənbələr