AZ

Bütün elmi dərəcələr üzrə verilən statuslar ləğv edilməlidir - Ekspert

“Məlum olduğu kimi, ötən gün təhsil naziri Emin Əmrullayev “Elmi dərəcəsi olanların hamısı əsl alim deyil. Dünyada phd (fəlsəfə doktoru) elmi dərəcəsi olan adamların hamısı əsl alim deyil. Biz belə elmi dərəcəsi olanlara "siz alim deyilsiniz" deməkdən qorxmalı deyilik. Alimin elmi tədqiqatı olmalıdır". Kimi fikirlər səsləndirib. Mən nazirin fikirləri ilə tam razıyam. Alim, elm adamı olmaqla elmi dərəcəsi olan arasında böyük fərq var. Nazir deyib ki, biz belə elmi dərəcəsi olanlara "siz alim deyilsiniz" deməkdən qorxmalı deyilik. Bu fikirlə razı deyiləm. Bir çox hallarda bu statuslu insanlar cəmiyyətin irəliləyişinə, inkişafına ən böyük maneələrdir. Hər kəsə bacarığına görə, əldə etdiyi nəzliyyətlərə örə qiymət verilməli və buna uyğun addınlar atılmalıdır”.



Bu fikirləri Bakupost.az -a təhsil eksperti Elşən Qafarov nazir Emin Əmrullayevin elmi dərəcəsi olanların hamısı əsl alim deyil barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.


Ekspert qeyd edib ki, bütün elmi dərəcələr üzrə verilən statuslar ləğv edilməlidir. Dərəcələr olsun, amma onlar xüsusi statusa malik olması vacib deyil:


“Fikrimcə, bu sahədə ciddi addımların atılması vacibdir. İllərdir ki, elmin qarısını alan problemə çevrilən professor, elmlər və fəlsəfə doktorlarının xüsusi statusunu ləğv etmək lazımdır. Məlumdur ki, elmi dərəcəni müdafiə etdikdən sonra müəyyən əlavələr verilir. O əlavələr də ləğv edilməlidir. Hər bir alimin elmi aradırmalarına görə ona ödənişlər etmək lazımdır. Əgər elmi dərəcəsi olan şəxslərin elmi fəaliyyəti, işi yoxdursa, müəyyən dövr qoyulmalı və o dövr başa çatdıqdan sonra verilən elmi dərəcə ləğv edilməlidir. Bu yolla biz elmi işi olan alimlərin sayını artıra bilərik”.


Sevinc,
BakuPost



Seçilən
14
bakupost.az

1Mənbələr