AZ

QAZAX ŞAİRİNİN KİTABI AZƏRBAYCAN DİLİNDƏ- RƏY

 Qazax ədəbiyyatının, mədəniyyətinin istedadlı nümayəndəsi, Qazaxıstanın Əməkdar mədəniyyət xadimi Dəuletkerey Kəpoğlunun “Üşüyən küçələr” kitabı

Azərbaycan dilində işıq üzü görüb. Kitab Mahmud Kaşğari adına Beynəlxalq Fondun layihəsi ilə Bakıda nəşr olunub. “Üşüyən küçələr” kitabının müəllifi Dəuletkerey Kəpoğlu 44 günlük Vətən müharibəsində – Azərbaycanın haqlı müharibəsində qələmi ilə Azərbaycanın yanında olan ziyalılardan olub. Kitabın ön sözünün müəllifi Milli Məclisin deputatı, Mahmud Kaşğari adına Beynəlxalq Fondun prezidenti Cavanşir Feyziyevdir. Kitabın rəyçiləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti professor Aktotı Raimkulova və dr.Füzuli Məcidlidir.

Kitabdakı şeirləri qazax dilindən Azərbaycan dilinə İbrahim İlyaslı və Rəsmiyyə Sabir  tərcümə ediblər. Milli Məclisin deputatı Cavanşir Feyziyevin kitaba yazdığı ön sözü  aşağıdakı linkə daxil olaraq oxuya bilərsiniz:

https://drive.google.com/file/d/1T4dR4v7sqZgnKSOy3NHBI7uL7NVY8EmQ/view?usp=drivesdk

Y.Məmmədli

Seçilən
15
tezadlar.az

1Mənbələr