AZ

Faiq Qarayev: "Klublarda işləri gücləndirmişik"

Klublarda işləri gücləndirmişik.

"Report" xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti və qadınlardan ibarət milli komandanın baş məşqçisi Faiq Qarayev jurnalistlərə açıqlamasında deyib.

O, avrokuboklar üçün hədəf müəyyənləşdirməyin vacibliyini vurğulayıb:

"Akademiyayalarla bağlı işlər də yoluna qoyulacaq. Avrokuboklarda iştirak etməliyik. Amma iştirak ediriksə, ən azı 1/4 finala qədər yüksəlməliyik".

Təcrübəli mütəxəssis "milliləşdirmə" ilə bağlı sualı da cavablandırıb:

"Milliləşdirmə" bütün ölkələrdə var. Biz də bu yoldayıq. Hazırda məqsədimiz milli komandanın ölkə xaricində oynayan üzvlərini gələn ilə qədər Azərbaycana qaytarmaqdır".

Seçilən
13
1
far.az

2Mənbələr