AZ

Düşmənin 40-a yaxın hərbçisini pusquya salaraq məhv etdik - Komando mənsubu Hadrut əməliyyatı haqda

Bakı.Trend:

2020-ci il oktyabrın 6-da axşam saatları idi biz Hadruta hücumelədik.

Bunu Trend-əaçıqlamasında Komando mənsubu deyib.

O qeyd edib ki, Hadruta hücum Cəbrayıl istiqamətindən həyatakeçirilib.

"Hərəkətimiz zamanı düşmənin 40-a yaxın hərbçisini pusquyasalaraq yolda məhv etdik. Onları məhv etdikdən sonra Hadrutundərinliyinə doğru sızmağa başladıq. Hadrutda düşmənin hərbi hissəsiyerləşirdi. Biz ora hücum elədik. Düşmən bizdən sayca üçqat çoxidi. Lakin buna baxmayaraq düşməni məhv elədik. Bu döyüşdə şəhid vəyaralılarımızın olmasına baxmayaraq, Hadrut qəsəbəsinə nəzarəti ələkeçirdik. Hadrut işğaldan azad edildikdən sonra istiqamət Şuşaşəhəri oldu. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayıram", - deyə Komando mənsubu bildirib.

Qeyd edək ki, bu gün Hadrutun işğalçılardan azad olunmasının 4ili tamam olur. Hadrutun azad edilməsinə 44 günlük Vətənmüharibəsinin dönüş və ya yüksəliş nöqtəsi də demək olar. Buəməliyyatdan sonra erməni silahlıları sürətlə məğlubiyyətə doğrugetdiklərini tam olaraq anladılar.

Hadrut azad olunduqdan sonra Azərbaycan ordusu Böyük Kirs dağı,Qırmızı bazar, Şuşa və Xocavənd istiqamətində irəliləməyə başladı.Orda üstünlük əldə edərək Füzuli Qarğabazar istiqamətində hələ dəordumuzla döyüşən erməni silahlılarına gedən təchizat yolunubağlamış oldu. Hadrut əməliyyatı müharibənin ilk ongünlüyündəordumuzun əldə etdiyi böyük uğurlarından biri Ermənistan ordusununisə müdafiə səddi ayrıldıqdan sonra növbəti böyük uğursuzluğuidi.

Seçilən
131
3
az.trend.az

4Mənbələr