AZ

“Tramp Putinlə 7 dəfə danışıb...” - Tanınmış jurnalist gizli Tramp-Putin əlaqələrindən yazıb

ABŞ-nin sabiq prezidenti və hazırkı prezidentliyə namizəd Donald Trampın Vladimir Putinlə mütəmadi əlaqə saxladığına dair məlumatlar yayılıb.

Hurriyyet.az xəbər verir ki, tanınmış amerikalı jurnalist və redaktor Bob Vudvord Donald Trampınj prezident vəzifəsini tərk etdikdən sonra Vladimir Putinlə yeddi dəfə özəl telefon danışığı apardığını yazıb. Tanınmış jurnalist bunu özünün “Müharibə” adlı yerni kitabında qeyd edib.

Vudvord onu da iddia edir ki, Tramp pandemiyanın qızğın vaxtında Putinə gizli şəkildə COVID-19 test aparatları göndərib.

Kitabda həmçinin, hazırkı ABŞ Prezidenti Co Bayden, İsrailin Baş naziri Binyamin Netanyahu və Səudiyyə şahzadəsi Məhəmməd bin Salman barədə maraqlı faktlar yer alıb.

“Associated” Press gələn həftə çıxacaq kitabın ilk nüsxəsini əldə edib və oradan bəzi hissələri dərc edib.

Müəllifin Tramp-Putin əlaqələri barədə yazdıqları ciddi əks-səda doğurub.

Donald Trampın sözçüsü Stiven Çonq bu məlumatları “fantastika” adlandırıb.

Vladimir Putinin mətbuat katibi Dmitri Peskov “New York Times” qəzetinə verdiyi şərhdə bu məlumatı “seçki kampaniyası kontekstində tipik saxta hekayə” adlandırıb.

ABŞ-nin prezidentlərinin hakimiyyət müddətindən sonra xarici liderlərlə görüşüb söhbət etməsi qeyri-adi olmasa da, ənənə Putinlə təmaslara gələndə pozulur. Çünki Tramp ABŞ-nin dəstəklədiyi Ukraynaya qarşı təcazükar müharibə aparan Rusiya lideri ilə danımaq üçün Ağ Evdən icazə almalıdır. Bu məlumat xüsusilə diqqəti ona görə çəkib ki, Donald Tramp Putinlə Konqresdəki respublikaçıların Ukraynaya hərbi yardım paketinin təsdiqini gecikdirilməsi dövründə söhbət edib.

Vudvordun kitabında həmçinin deyilir ki, pandemiyanın lap əvvəlində Tramp administrasiyası virusun varlığını yoxlamaq üçün Putinin şəxsi istifadəsi üçün nəzərdə tutulan unikal avadanlıqları Rusiyaya göndərib. Bu jestdən minnətdar olan Putin Trampdan bunu gizli saxlamağı xahiş edib, çünki opponentlər buna görə Trampı narahat edə bilərlər.

Vudvordun sözlərinə görə, Co Bayden keçmiş prezident Barak Obamanı Vladimir Putini düzgün qiymətləndirməməkdə və ABŞ-nin Rusiyanın 2014-cü ildə Krımı işğal etməsinə çox yumşaq reaksiya verməsində günahlandırıb. Prezident Bayden dostuna "buna görə də indi bu vəziyyətdəyik" deyə irda tutub.

Şərhçilərin fikrincə, prezident seçkilərinə bir aydan az qalmış belə bir kitabın ortaya çıxması, çox güman ki, Donald Tramp və Vladimir Putinin münasibətlərinə diqqəti cəlb edəcək.

Çərşənbə axşamı, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris, Bob Vudvordun kitabı ortaya çıxdıqdan sonra Howard Sternin məşhur radio proqramında canlı olaraq çıxış edərək, Trampı amerikalıların ehtiyac duyduğu tibbi avadanlığı "qatil diktator"a göndərdiyini söyləyib.

Prezident Niksonun istefasına səbəb olan “Watergate” qalmaqalını işıqlandırması ilə tanınan Bob Vudvord bir neçə ən çox satılan kitabın müəllifidir. Onun Demokrat və Respublikaçı partiyaların elitasındakı mənbələrə unikal çıxış imkanlarının olduğu güman edilir.

“New York Times” qəzetinin yazdığına görə, onun sensasion açıqlamaları bəzən sitat gətirdiyi insanlar tərəfindən təkzib edilirdi, lakin bunların ən yadda qalanı sonradan təsdiqlənib.

AzPolitika.info

Seçilən
44
50
hurriyyet.az

10Mənbələr