AZ

Harrisin zərgərlik kolleksiyasının qiyməti açıqlandı


ABŞ-də Demokrat Partiyadan prezidentliyə namizəd Kamala Harrisin dəyəri 200 min dollardan çox olan zinət əşyaları var.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat verib.
Belə ki, Harris 18,5 min dollar dəyərində qızıl “Tiffany” boyunbağının, 16,5 min dollara polad və qızıldan hazırlanmış “Ballon Bleu” saatı da daxil olmaqla, 3 model “Cartier” saatının sahibidir. Bundan əlavə, nəşr yazır ki, özünü orta yaşayış standartları olan qadın kimi təqdim edən siyasətçinin Los-Ancelesin məşhur zərgəri İren Noyvirtdən bir neçə eksklüziv mirvari zinət əşyası var.
Seçilən
22
2
yeniavaz.com

3Mənbələr