AZ

Şimali İrlandiya – Azərbaycan oyununun təyinatları açıqlandı

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Şimali İrlandiya – Azərbaycan oyununa hakim təyinatları açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq görüş Farer adalarından olan referilərə tapşırılıb.

Qarşılaşmanı Heini Ziskason Vicoy idarə edəcək. Ona Dan Petur Pauli Hoyqard və Yan Hermansen köməklik edəcək. Dördüncü hakim funksiyasını Byarki Danielsen yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 12-də Ballimena şəhərində yerləşən “The Showgrounds” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Seçilən
12
futbolinfo.az

1Mənbələr