AZ

"Yarım saat ərzində 6 maşından yerə siqaret atdılar" - Deputat cərimələrin artırılmasından danışdı

"Qanunvericiliyin işi üzə çıxan və yaxud cəmiyyətdə narahatlıq yaradan məsələləri tənzimləməkdir. Bir məsələ ictimai əhəmiyyət kəsb edəndə və ya daha çox insanın mənafeyinə aid olanda qanunvericilik mütləq bu işə müdaxilə etməlidir".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa cərimələrin artırılmasına müasibət bildirərkən deyib. Onun sözlərinə görə, belə bir vəziyyət reallıqda var:

"Odur ki, insanların bir qismi bu vəziyyətə məsuliyyətli yanaşmırlar və onların cəriməsiz, sanksiyasız buna əməl edəcəyinə ümid yoxdur. Bu təkcə maarifçilik işi ilə getmir. Tütün çəkməklə bağlı məsələni gündəmə gətirdik, qanunvericilik bu barədə addımını atdı. Amma nəticə odur ki, yenə də qapalı yerlərdə, toylarda siqaret çəkilməsinin şahidi oluruq. Deyək ki, danışdı, hansısa bir qurum göz yumdu və s. Bunlar anlaşıldı. İnsanın özünün mədəniyyəti haradadır? Yəni, sən siqareti qadının yanında və ya başqa yerdə çəkməlisən? Lap elə qadınların özü olsun. Məclisdə mütləq imkan yarananda siqaret çəkilməlidir? Belə şey olmaz. Bu, təkcə qanunla tənzimlənən məsələ deyil. Daha çox mədəni problemdir. Təəssüf ki, bu istiqamətdə irəliləyiş olmadı".

Komitə sədri bildirib ki, bu günlərdə avtomobil ilə şəhərə gedəndə qarşıdakı nəqliyyat vasitələrini müşahidə edib: "Yarım saat ərzində müşahidəm göstərdi ki, ən azından 6 maşında adam siqareti çəkib asfaltın üzərinə atdı. Oranı süpürən qadın onun özünün xalası, anası ola bilər. Elə bil ki, onun əziyyətini artırmaq üçün bunu etdi. Məsuliyyətsiz insan tipidir. Həmin şəxslər maşında siqareti atmaq üçün nə isə saxlaya bilər və düşəndən sonra onu zibil qutunsuna atar. Bu cür insanı hansı formada dayandırmaq olar? Qanunvericilik bu aspektdə məsələyə baxır. Eyni zamanda məişət tullantıları ilə bağlı da bunu deyə bilərik. Butulka bir tərəfdə, digər zibil, ərzaq tullantıları və s. digər tərəfdə olur. Xaricdə bunlar çeşidlənir. Bir çox hallarda görürsən ki, insan tənbəllikdən bunu da ayırmır. Zibilin hamısını eyni yerə atır. Qanunvericilik bu məsələlərdə öz işini görməlidir. Buna əməl olunub-olunmayacağına nəzarət mexanizmi düzgün qurulmalıdır. Təəssüf ki, nəzarət mexanizminin problemini qanunverici orqanın üzərinə yıxmağa çalışırlar. Bu yanaşma doğru deyil. Elə bir proses getməlidir ki, nəzarətedici mexanizm çevik işləməlidir. O zaman bunun qarşısını almaq mümkün olacaq. Bu baxımdan, Milli Məclis üzərinə düşəni edir. Nəzarət funksiyasının yerinə yetirən qurumlar məsələyə ciddi yanaşsalar, faydalı nəticələr əldə etmək mümkün olacaq".

Qeyd edək ki, məişət tullantılarının kənara atılmasına, nəqliyyat vasitələrindən bayıra zibil tullanmasına, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə və s. bu kimi bir neçə halla bağlı cərimələrin məbləği kəskin artırılır. Artıq bu məsələlər Milli Məclisin ötən gün keçirilən plenar iclasında birinci oxunuşda qəbul olunub. 

Anar Kəlbiyev

Seçilən
114
50
unikal.az

10Mənbələr