Hadisə 2024-cü il avqustun 20-də baş verib. Məşq zamanı özünü pis hiss edən Pirone duş kabinəsinə doğru gedib və orada yıxılıb.
News24.az xəbər verir ki, ailəsi narahat olduqdan sonra polis qrupları Pironeni mobil telefonundan gələn siqnallarla tapıb.
Təxminən 15 saat soyuq suyun altında qaldıqdan sonra huşu itirilmiş vəziyyətdə tapılan Pirone, özünə gələ bilməyib və iki həftə sonra Joondalup Xəstəxanasında dünyasını dəyişib.
Qərbi Avstraliyanın əməyin mühafizəsi və təhlükəsizliyi tənzimləyicisi WorkSafe WA ötən gün Pironenin ölümü ilə bağlı rəsmi araşdırmaya başladığını elan edib. İstintaqın idman zalının qulluq öhdəliyini pozub-pozmadığını araşdıracağı bildirilib.
Pironenin anası Daniela Pirone, idman salonlarında daha sərt təhlükəsizlik və nəzarət tədbirlərinin görülməsi lazım olduğunu müdafiə edərək, "Tualet və duşların mütəmadi olaraq yoxlanılması və hər zaman işçilərin olması məcburi olmalıdır" deyib.
Məryəm İlhamqızı