Son günlər ölkə ərazisində internetin zəif olması ilə bağlı iddialar səsləndirilir. Bir çoxları məsələ ilə bağlı provayderlərə müraciət edib, qarşılığında isə onlara heç bir problem olmadığını bildiriblər.
Məsələ ilə bağlı News24.az-a İKT mütəxəssisi Zaur Bayramlı danışıb. Ekspert bildirib ki, internetin sürəti texniki məsələlərlə bağlıdır:
"Ümumiyyətlə provayderlər tarifə uyğun lazımı interneti verdiklərini iddia edirlər. Ancaq hər sözə, hər vədə inanmaq olmaz. Yaxşı olardı vətəndaşların birbaşa obyektə gələn internet xəttini kompüterə qoşaraq “Speedtest” ilə yoxlama etməsi məqsədəuyğun olar. Tövsiyyə olunur ki, İT mütəxəssisindən dəstək alsınlar. Həmçinin provayderin nümayəndələrini internetin qoyulduğu məkana dəvət edib yerində interneti yoxlada, lazımı tənzimləmələri həyata keçirsələr, çox yaxşı olar. Modem köhnə olarsa yenilənməyi lazım olacaq, çünki hazırda əksər köhnə modemlər demək olar ki, yararsızdır. Eyni zamanda başqa infrastruktur problemləri ola bilər ki, bunu da gərək günlərlə sayaq. Məsələn, gərgin elektrik xətləri ilə internet xətti yanaşı olmamalıdır. Modem evin ümumi nöqtəsinə yaxın olmalıdır ki, hər yerdə tutsun. Provayderin özündə olan nasazlıq isə əməkdaş tərəfindən texniki baxış keçirilərək aradan qaldırılmalıdır. Ancaq etiraf edək ki, bu gün provayderlərdə də ciddi problemlər var ”.
Ağa